inTime Azərbaycan - İstifade qaydalari

İstifade qaydalari

Bu saytdan istifadə
Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, in-time.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.
Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar INTIME`a məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz INTIME-in yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

Öhdəlik
Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən aksesuarlar  INTIME tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər.
Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, INTIME heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.
INTIME sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. INTIME saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. INTIME bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

Məzmun və reklamlar
Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. INTIME bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, INTIME bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.
 

inTime